İngiltərə Premyer Liqasında növbəti oyun baş tutub.
“Qafqazinfo” xəbər verir ki, "Mançester Siti" səfərdə "Brayton"la qarşılaşıb.
Matç "şəhərlilər"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da xallarını 76-ya çatdıran "Mançester Siti" ikinci pillədə qərarlaşıb. 1 xal fərqlə isə "Arsenal" turnir cədvəlinə başçılıq edir.