18 yaşlı qız dəm qazından zəhərləndi

18-yasli-qiz-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1058

Qazaxda 18 yaşlı qız dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Ağköynək kəndində baş verib. 

Kənd sakini 2000-ci il təvəllüdlü Mahmudov Əsmər Malik qızı yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Elmar Əli