2000 gənc şansını itirdi

2000-genc-sansini-itirdi
Oxunma sayı: 646

2000-dən çox abituriyent isə ixtisas seçimi ərizəsini təsdiqləmədiyindən ali məktəbə daxil olmaq şansını itirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, ixtisas seçimi avqustun 16-da saat 23:59-da başa çatıb.

Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»ni təsdiqləməli idilər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə daxil edirlər.

TQDK rəsmisi ixtisas seçiminin nəticələrinin yaxın 2 gün ərzində açıqlanacağının gözlənildiyini söyləyib.