ABŞ-da silahlı insident - 2 polis öldürülüb

abs-da-silahli-insident
Oxunma sayı: 749

ABŞ-da naməlum şəxs odlu silahdan atəş açaraq iki polisi öldürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, insident  Florida ştatının Trenton şəhərində qeydə alınıb.

Məlumata əsasən, yerli vaxtla 15.00-da Qilrist dairəsinin 2 şerif köməkçisi "Eys Çayna" restoranında güllələnib. Bundan əlavə, hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları eyni küçədə atəş açan şəxsi ölü vəziyyətdə aşkar ediblər.

Hadisənin başvermə səbəbləri məlum deyil, araşdırma aparılır.