ABŞ-da Xocalı aksiyası - Fotolar

abs-da-xocali-aksiyasi-fotolar
Oxunma sayı: 1047

ABŞ-ın Çikaqo şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Miçiqan küçəsində reallaşan nümayişdə Ermənistanın Xocalıda törədiyi qətliama, Qarabağ işğalına etiraz edilib.

Aksiyada Amerikada yaşayan azərbaycanlılardan əlavə, Türkiyə vətəndaşları, diplomatları da iştirak edib. Aksiyada “Ermənistan beynəlxalq qaydaları pozur”, “Xocalıya ədalət”, “Erməni əsgərləri Azərbaycandan çıxsın” kimi plakatlar qaldırılıb, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq” kimi şüarlar səsləndirilib. 

Ülviyyə