ABŞ-də təyyarə tualetlərdə yaranan problemə görə təcili eniş etdi

abs-de-teyyare-tualetlerde-yaranan-probleme-gore-tecili-enis-etdi
Oxunma sayı: 1405

“American Airlines” şirkətinə məxsus təyyarə tualetlərdə yaranan problemlərə görə uçuş zamanı qəfil istiqamətini dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “FlightEmergency”nin “X” sosial şəbəkəsində məlumat verilib.

Hadisənin aprelin 25-i cümə axşamı günü ABŞ-nin Finiks ştatına uçan təyyarədə baş verdiyi bildirilir.

Belə ki, pilotlar Oklahomada tualetlərin daşması səbəbindən təcili eniş etməli olublar.