ABŞ-ın yeni dövlət katibi məlum oldu

abs-in-yeni-dovlet-katibi-melum-oldu
Oxunma sayı: 2197

13 martdan etibarən boş qalan ABŞ Dövlət Departamentinin rəhbəri postuna təyinat rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, sabiq dövlət katibi Reks Tillersonun yerinə gözlənildiyi kimi Mərkəzi kəşfiyyat idarəsinin rəhbəri Mayk Pompeo gətirilib.

Senatda keçirilən səsvermədə 100 konqresmendən 57-si Pompeonun lehinə səs verib.

Qeyd edək ki, Mərkəzi kəşfiyyat idarəsinin direktoru postuna ötən ay Gina Haspel gətirilmişdi. M.Pompeo isə bu vəzifəyə 2017-ci ilin yanvarında təyin edilmişdi.