ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirir

abs-rusiyaya-qarsi-sanksiyalari-guclendirir
Oxunma sayı: 715

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə zamanı 419 konqresmen qanun layihəsinin lehinə, 3 nəfər əleyhinə səs verib. Daha 12 konqresmen bitərəf qalıb.

Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.  

Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi. 

Avropa Birliyi ABŞ-ın planlarına mənfi reaksiya verib. Sənədin müddəalarından biri Rusiya enerji layihələrinin qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur, bura Avropadakı layihələr də daxildir.