ABŞ səfirliyindən Türkiyəyə təşəkkür

abs-sefirliyinden-turkiyeye-tesekkur
Oxunma sayı: 4700

Xəbər verdiyimiz kimi, ABŞ-ın Türkiyənin paytaxtı Ankaradakı səfirliyi səhər saatlarında atəşə tutulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisəni törədən 2 nəfərin saxlanılması səbəbiylə ABŞ səfirliyinfən Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edilib.

Həmin şəxslərin operativ şəkildə ələ keçirilməsinin böyük bir iş olduğu bildirilib.

Amerikalı diplomatlar hadisədən sonra səfirlik ətrafında mühafizənin gücləndirilməsindən məmnun olduqlarını da qeyd ediblər.