“Akkord” qan verdi

akkord-qan-verdi
Oxunma sayı: 641

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının mənzil qərargahında talassemiyalı uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib. Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş aksiyaya “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri, Baş direktoru Xaqani Quluzadə başda olmaqla Korporasiyanın 150 nəfərdən artıq rəhbər və işci heyəti qoşulmuşdur.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının rəhbərliyi aksiyada mütəşəkkil iştiraka görə, “Akkord” rəhbərliyinə minnətdarlığını bildirmiş, belə xeyriyyəçilik aksiyalarında hər zaman öndə gedən “Akkord” Korporasiyasının hamı üçün nümunə olduğunu vurğulayıb.