Albalı kart MANGO-da

albali-kart-mango-da-
Oxunma sayı: 648

Hər gün daha çox insan çox-çox sərfəli ALBALI kartına sahib olaraq, Unibankın günü-gündən genişlənən tərəfdaş mağazalar şəbəkəsində alış-veriş etmək imkanı qazanırlar. “Qafqazinfo” xəbər verir ki, bu tərəfdaşlar siyahısına dəbli geyimlərin satışı ilə məşhur olan MANGO mağazalar şəbəkəsi də qatılıb. Unibankın çox-çox sərfəli kartı Albalı ilə artıq bütün MANGO mağazalarından alış-veriş etmək mümkündür.
Unibankla MANGO mağazalar şəbəkəsi arasında əməkdaşlıq, müştərilərə MANGO dəb geyimlərini taksitlə, daha uzun müddətə ödəniş etməklə almaq imkanı yaratmağa yönəldilib.

ALBALI kart sahibləri Mango mağazalarından istənilən geyimi və aksessuarı 3 və 6 aylıq taksitlə almaq imkanı qazanıblar. Məhsulun qiymətinin 3 aya ödənişi zamanı müştəri 5% əlavə komissiya ödəyir. 6 aylıq taksitlə ödəniş zamanı isə komissiya 7% hesablanır.
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.
ALBALI kart ailə büdcəsi üçün çox sərfəli bir alətdir. Bu kart sahibinə Unibankın partnyoru olan 350-ən çox alqı-satqı və xidmət şəbəkələrində sərfəli alış-veriş etmək imkanı verir.

ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən (www.facebook/unibank.az) və ya 117 nömrəsindən öyrənmək mümkündü.

ALBALI– çox-çox sərfəli kart.
Unibank–hər kəsin bankı.