Alimlər saxta səsləri müəyyənləşdirən sistem yaradıblar

Alimlər saxta səsləri müəyyənləşdirən sistem yaradıblar
Oxunma sayı: 527

Altay Dövlət Universitetinin gənc alimləri səs yazısında mümkün dəyişikliyi müəyyənləşdirən sistem hazırlayıblar.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, layihə kimliyin identifikasiyasını səsli biometrik məlumatlar üzrə müəyyənləşdirən yerlərdə faydalı ola bilər.

Tərtibatçılar komandası sözügedən sistem üzərində 2,5 il çalışıblar. Alimlərin iddiasına görə, onlar yüksək nəticələr əldə etməyə nail olublar. Məsələn, onlar son nailiyyət kimi saxta səsləri aşkar edə bilən analitik modulların yaradılmasını qeyd edirlər.

Alimlərin yeni həlli ilk növbədə fırıldaqçılıqla mübarizə üçün nəzərdə tutulub. Bank sistemində sözügedən sistemdən istifadə edilməsi mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi