Almaniya Rusiyaya qarşı sanksiyaları artıracaq

almaniya-rusiyaya-qarsi-sanksiyalari-artiracaq
Oxunma sayı: 644

Almaniya Rusiya Krıma “Siemens” turbinlərini qanunsuz olaraq daşıdığına görə bu ölkəyə qarşı sanksiyaları artırmağı təklif edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən xəbər yayıb. 

Agentliyin məlumatına görə, rəsmi Berlin Rusiyanın 3-4 vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq etməyi təklif edib. 

Avropa Birliyi yeni sanksiyaları iyulun 26-da müzakirə edə bilər.

Yüksək rütbəli diplomatik mənbənin sözlərinə görə, sanksiyalar siyahısına Energetika Nazirliyi və turbinləri daşıyan şirkətin əməkdaşları daxil edilib. 

“Siemens”dən və Kremldən bu informasiyanı şərh etməkdən imtina ediblər. 

Xatırladaq ki, “Siemens” “Taman” layihəsi üçün nəzərdə tutulmuş 4 turbinin qanunsuz olaraq Krıma daşındığını bəyan edib. Buna görə də şirkət onları geri almaq və müqaviləni ləğv etmək istəyir. 

 “Bild am Sonntag” nəşri Almaniya XİN-nin nümayəndəsinə istinadən  turbinlərlə bağlı yaranmış mövcud vəziyyətə görə iki ölkə arasında münasibətlərin gərginləşəcəyini yazıb.