Almanlara bir top vurduq... - Video + Yenilənib

almanlara-bir-top-vurduq
Oxunma sayı: 6525

Bu gün futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunu baş tutacaq.

Qafqazinfo” xəbər verir ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.

***

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

26 mart
20:00. AzərbaycanAlmaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

***

Oyun başladı.

***

Almanlar hesabı açdı. Andre Şürrle 20-ci dәqiqәdә fərqlənir.

***

Azәrbaycan bәrabәrlik qolunu vurdu. Dmitri Nazarov 31-ci dәqiqә fərqlənir.

***

Almaniya 2-ci qolu vurur. Tomas Müller 35-ci dəqiqədə hesabı yeniləyir.

***

Almaniya 3-cü qolu vurdu. Mario Qomez 45-ci dəqiqədə fərqlənir.

***

Almanlar 4-cü qolu vurdu. Tomas Müller 80-ci dəqiqədə yenə də hesabı yenilədi.

***

Oyun Almaniyanın qələbəsi ilə bitdi.