Hamiləlik hər bir qadının həyatının ən həyəcanlı dövrüdür. Daha da həyəcanlısı isə ana olduqdan sonra həyat yoldaşı tərəfindən edilən sürprizlərdir.
“Qafqazinfo” ana olduqdan sonra bahalı hədiyyələr alan məşhurları təqdim edir:
Aktrisa Mila Kunis və aktyor Eşton Katçer 2012-ci ildən görüşməyə başlayıb. Cütlüyün 2014-cü ildə Uayett adlı qızı doğulub. Milanın analıq hədiyyəsi isə 4800 dollarlıq “Marina B.” zümrüd qaşlı üzüyü olub.
.jpg)
.jpg)
Müğənni Meray Kerinin 2011-ci ildə müğənni Nik Kennondan Morokkan və Monro adlı əkizləri dünyaya gəlib. Kennon Meraya hədiyyə olaraq oğlu ilə qızının adları yazılmış çəhrayı və ağ brilyant qaşlı boyunbağı alıb.
.jpg)
.jpg)
Dünyanın ən gənc milyarderi Kayli Cennerlə reper Trevis Skottun bu ilin fevralında Stormi adlı qızı dünyaya gəlib. Kaylinin hədiyyəsi 1,4 milyon dollarlıq “Ferrari LaFerrari” olub.
.jpg)
.jpg)
Aktrisa Nikol Kidman və müğənni Nik Urban 2006-cı ildə ailə qurub. Sandey Rouz adlı körpəsi doğulan Nikolun hədiyyəsi “Cartier Trinity”dən 73 min dollarlıq ağ, sarı və çəhrayı brilyant qaşlı üzük olub.
.jpg)
.jpg)
Müğənni Beyonsla reper Cey Zinin Blu Ayvi adlı qızı doğulduqdan sonra ifaçının hədiyyəsi 35 min dollarlıq mavi brilyant qaşlı üzük olub.
.jpg)
.jpg)
Müğənni Cennifer Lopez və Mark Entoni 2006-cı ildə ailə qurub, 2011-ci ildə boşanıblar. Cütlüyün bu nikahdan Maks və Emmi adlı əkizləri dünyaya gəlib. Entoni Cenniferə hədiyyə olaraq 2,6 milyon dollarlıq sırğa bağışlayıb.
.jpg)
Kim Kardaşyanla reper Kanye Uestin 2015-ci ildə Nort adlı qızı, 2018-ci ildə isə Seynta adlı qızı doğulub. Kardaşyanın hədiyyəsi “Lorraine Schwartz”dan brilyant boyunbağı olub.
.jpg)
Son xəbərlər
Son Xəbərlər