Faiq Əliyev barəsində çıxarılmış hökm ləğv edildi

faiq-eliyev-baresinde-cixarilmis-hokm-legv-edildi
Oxunma sayı: 1247

Rusiyanın Smolensk Vilayət Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Faiq Əliyev barəsində çıxarılmış 4 illik həbs hökmünü ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” nəşri yayıb.

Məlumata görə, dekabrın 24-də keçirilən iclasda vilayət məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edərək, işi yenidən baxılması üçün Smolensk şəhərinin Leninski Rayon Məhkəməsinə geri qaytarıb. Birinci instansiya məhkəməsi isə Faiq Əliyevin günahını etiraf etməsi və 840 min rubl (178 min AZN) təzminat ödəməsi kimi yüngülləşdirici halları nəzərə almayıb.

Məhkəmənin qərarına əsasən, hökm ləğv edilsə də, Faiq Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib. O, 2026-cı il fevralın 24-nə qədər həbsdə saxlanılacaq.

Xatırladaq ki, Faiq Əliyev bu ilin oktyabr ayında restoranda istehlak edilən elektrik enerjisi ilə bağlı dələduzluq və “Rosseti” əməkdaşına rüşvət vermə ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.