“Fənərbaxça” prezidenti saxlanıldı

fenerbaxca-prezidenti-saxlanildi
Oxunma sayı: 1210

“Fənərbaxça” klubunun prezidenti Sadettin Saran İstanbul Vilayət Jandarm Komandanlığı tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi bəyanatında bildirilir.

Məlumata görə, S.Saran davam edən istintaq çərçivəsində bu axşam ofisində saxlanılıb. Klub rəhbərliyi prosesin hüquq prinispləri çərçivəsində davam etdiyini vurğulayıb.

Xatırladaq ki, S. Saran bundan öncə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə vermişdi.