Yarım əsrdən sonra Aya yenidən uçacaqlar

yarim-esrden-sonra-aya-yeniden-ucacaqlar
Oxunma sayı: 492

NASA yarım əsrlik fasilədən sonra yenidən Aya ekspedisiya göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, 1968-ci ildə “Apollo 8” missiyası ilə qazanılan tarixi uğurdan sonra agentlik 2026-cı ilin əvvəllərində “Artemis 2” missiyasını həyata keçirməyi planlaşdırır.

Bildirilib ki, bu missiya insanların 1972-ci ildən bəri Ayın yaxınlığına ilk uçuşu olacaq. 10 gün davam edəcək səyahətdə 4 astronavt iştirak edəcək. Onlar “Integrity” kosmik gəmisi vasitəsilə Aya doğru istiqamət alacaqlar.

Qeyd edək ki, “Artemis 2” missiyasının əsas məqsədi dərin kosmos şəraitində bütün həyati sistemləri real vaxt rejimində sınaqdan keçirməkdir.