ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla yenidən birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi Morqan Ortaqus açıqlayıb.
Onun sözlərinə görə, Vaşinqton rəsmi danışıqlara hazırdır, lakin bunun üçün Tehran birbaşa və mənalı dialoq niyyətini nümayiş etdirməlidir. Bununla belə, amerikalı rəsmi ABŞ-nin açıq danışıqlar aparmaq niyyətində olmadığını və İranın uranı zənginləşdirməsinin dayandırılması tələbində israrlı olduqlarını vurğulayıb.
Xatırladaq ki, bu ilin əvvəlində Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə məsələsinə dair beş raundluq danışıqlar keçirilmişdi. Lakin həmin dövrdə İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya və ABŞ-nin İranın nüvə obyektlərini bombardman etməsi nəticəsində həmin müzakirələr uğursuzluqla nəticələnmişdi.
Son xəbərlər
Son Xəbərlər