ABŞ Prezidenti Donald Tramp ona qarşı mənfi münasibət bəsləyən Amerika televiziya kanallarının lisenziyalarının ləğv edilməsini istəyir.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Əgər televiziya kanallarının xəbər yayımları və onların axşam şouları Prezident Donald Trampa, MAGA (“Make America Great Again” - Amerikanı Yenidən Böyük Edək) hərəkatına və Respublikaçılar Partiyasına qarşı, demək olar ki, 100% mənfi münasibətdədirsə, onların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməməlidir? Mən buna “hə” deyirəm!”, - paylaşımda deyilir.
Onun sözlərinə görə, CBS, ABC və NBC kimi televiziya kanallarında yayımlanan axşam şoularının aparıcılarını “istedadsızlıq, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” birləşdirir.
Xatırladaq ki, bir neçə gün öncə Tramp çıxışının “Panorama” sənədli filmindəki redaktəsinə görə BBC-ni məhkəməyə verib.
Son xəbərlər
Son Xəbərlər