“Liviya təyyarəsinin qəzaya uğradığı ərazidə səsyazma cihazı və “qara qutu” aşkarlanıb”.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
“Qəza ərazisi təxminən 3 km²-lik bir sahədən ibarətdir. Hadisə yerində aparılan axtarışlar nəticəsində saat 02:45-də təyyarəyə aid səsyazma cihazı, saat 03:20-də isə “qara qutu” aşkarlanıb. Müvafiq qurumlar tərəfindən tədqiqat və qiymətləndirmə prosesləri başladılıb”, - nazir əlavə edib.
Xatırladaq ki, ötən gün Tripoliyə uçmaq üçün Ankara Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsi qəzaya uğrayıb. Qəza yerində aparılan axtarışlar nəticəsində təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və nümayəndə heyəti həlak olublar.
Son xəbərlər
Son Xəbərlər