Putinin orden verdiyi azərbaycanlı hərbçi Ukraynada öldü - Foto

putinin-orden-verdiyi-azerbaycanli-herbci-ukraynada-oldu
Oxunma sayı: 1633

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Goranboy sakini Dilsuz Haqverdi oğlu Kərimov müharibədə döyüşərkən aldığı xəsarətlərdən ölüb.

Onun hərbi əməliyyatlarda Rusiya Müdafiə Nazirliyinin tərkibində döyüşdüyü bildirilib.

Qeyd edək ki, D.Kərimov bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Orden Mujstva” (İgidliyə görə) ordeni ilə təltif edilibmiş.