Arda Turanın transferi rəsmən açıqlandı

arda-turanin-transferi-resmen-aciqlandi
Oxunma sayı: 3154

“Barselona” Türkiyə millisinin üzvü Arda Turanla yolları ayırıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Arda “Başakşəhər” klubu ilə danışıqları mübət yekunlaşdırıb və bu keçid rəsmən açıqlanıb. Məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb. Arda sabah müqavilə bağlamaq üçün Türkiyəyə gələcək. Müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edık ki, 30 yaşlı yarımmüdafiəçi 2011-ci ildə “Qalatasaray”dan  “Atletiko”ya keçmişdi. O, Madrid klubundan 2015-ci ildə 41 milyon avro qarşılığında “Barselona”ya transfer olmuşdu. Arda Kataloniya klubunun heyətində 55 oyuna 15 qol vurub və 11 assist edib.