“Arvadımın, qızımın saçını yolum?”

arvadimin-qizimin-sacini-yolum
Oxunma sayı: 7033

Rejissor Hamdi Alkan ikinci həyat yoldaşı Selen Görgüzəllə ilk nikahından olan qızı Zeynəb Alkanın açıq-saçıq fotolarına görə onu qınayanların cavabını verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, rejissor bundan sonra da xanımı ilə qızına qadağa qoymayacağını deyib:

“Bizə belə rahatdır. Hərə öz işinə baxsın. Qulağıma təhqirlər və söyüşlər çatır, amma çox da vecimə deyil. Selen dənizə çimərlik geyimində girir, gecəliklə girməz. İstəsə şəkil paylaşar, istəməsə yox. İdman edir, sağlam görünür və ötürdüyü mesajın mənası da budur: idman edən, sağlam ana. Nə edim? Gedib arvadımın, qızımın saçını yolum? Belə xoşbəxt olacaqsız? Xeyr, bunu etməyəcəyəm. Dünya onsuz da pisdir”.