Arvadını döyən kişiyə Quranla cəza veriləcək

arvadini-doyen-kisiye-quranla-ceza-verilecek-
Oxunma sayı: 697

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəmələrindən birində həyat yoldaşına qarşı zorakılığa əl atan kişi orijinal şəkildə cəzalandırılıb.

Belə ki, Ciddə Şəhər Məhkəməsinin qərarı ilə zorakılığa yol verən ər Qurani-Kərimdən 5 cüz əzbərləmələri, əxlaqa dair üç kitab oxumalı, eləcə də Məhəmməd peyğəmbərin 100 hədisini əzbərə öyrənməlidir.

Həyat yoldaşını evdən icazəsiz çıxdığına görə döyən şəxsin barəsində çıxarılan hökmdə müttəhimin dini hisslərinin güclü olacağı təqdirdə xanımına qarşı zorakılığa yol verməyəcəyi qeyd edilib.