“Aslan” “qartal”a qalib gəldi 2-1

aslan-qartala-qalib-geldi-2-1
Oxunma sayı: 656

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” və Beşiktaş”ın 332-ci dəfəki qarşılaşmasında sevinən tərəf sarı-qırmızılar oldu.

Belə ki, Qalatasaray Emre Çolak və Rieranın qolları sayəsində Beşiktaş üzərində 2-1 hesabı ilə qələbə qazandı. Beşiktaşın yeganə qolunun müəllifi isə Sivok idi.

Qeyd edək ki, derbinin başlanğıcı 1924-cü il 22 avqusta təsadüf edir.Tərəflər arasında ən çox qələbə qazanan “Qalatasaray”dır. “Cim Bom” rəqibini 115 dəfə məğlub edib. “Beşiktaş” isə 105 dəfə qalib gəlib. 111 oyun isə bərabərliklə yekunlaşıb. Bu iki əzəli rəqibin ən böyük hesablı nəticəsi 1940-ci ildə qeydə alınıb ki,həmin oyunu “Qalatasaray” 9-2 hesabı ilə qalib kimi başa vurub.

Xatırladaq ki, “Qalatasaray” qalib gələcəyi təqdirdə liderliyini daha da möhkəmləndiəcək. “Beşiktaş”ın qələbəsi isə onu ilk sıraya daşıyacaq.