Avropadan kənarda qalan avropalılar

avropadan-kenarda-qalan-avropalilar
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqa”sında artıq ingilis klubları mübarizələrini dayandırıblar. Ancaq buna baxmayaraq Premyer Liqada həyəcan davam edir. 1/8 finalda “Real” Madridə məğlub olaraq “Çempionlar Liqası” ilə bu illik vidalaşan “Mançester Yunayted”in Premyer Liqada qabağına çıxan yoxdur.

71 xalla turnir cədvəlinin vahid lideri olan “qırmızı şeytanlar” artıq çempionluqlarını elan edəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu həftə isə onlar “Ridinq”i qonaq edəcəklər. Son turda Totenhem”i 3-2 hesabı ilə məğlub edən “Liverpul” isə Southemptonun qonağı olacaq. Digər oyunlar isə belə olacaq:

16 mart
“Everton” “Mançester Siti”
“Aston Villa” “Kuins Park Reyncers”
“Stok Siti” “Vest Bromviç”
“Svonsi” “Arsenal”

17 mart
“Sunderlend” “Norviç”
“Totenhem” “Fulhem”
“Çelsi” “Vest Hem”
“Uiqan” “Nyukasıl”

İqbal