Ayaz Qasımov Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

ayaz-qasimov-azerbaycani-beynelxalq-musabiqede-temsil-edecek
Oxunma sayı: 834

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, dünyanın 35 ölkəsindən nümayəndənin iştirak edəcəyi festivalda ölkəmizi müğənni Ayaz Qasımov və bəstəkar Vüqar Camalzadə təmsil edəcəklər.

Türkiyənin Dövlət Radio və Televiziyası, Ukraynanın və Türkiyənin Mədəniyyət və Turizm Nazirlikləri, Krım Muxtar Respublikasının Mədəniyyət və İncəsənət Nazirliyi və TÜRKSOY Festivala təşkilatçılığı həyata keçirəcək.

Müsabiqənin Qran Pri mükafatını alana 5000 (beş min) ABŞ dolları, digər mükafat sahiblərinə isə diplom təqdim olunacaq. Eyni zamanda, TÜRKSOY festivalın həmtəşkilatçılarından biri olan TÜRKSOY, təşkilat tərəfindən müəyyənləşdirilən bir iştirakçıya 5000 (beş min) ABŞ dolları məbləğində xüsusi TÜRKSOY mükafatı təqdim edəcək.

Nigar Məmmədli