Qurban Qurbanovdan ilk məğlubiyyət - Yenilənib

qurban-qurbanovdan-ilk-meglubiyyet
Oxunma sayı: 7893

Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, millimiz Belarusla qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş millimizin yeni baş məşqçisi Qurban Qurbanovun ilk ev sınağı olacaq.7

Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşıb. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb.

Yoldaşlıq oyunu

23 mart

20:00 Azərbaycan - Belarus

Baş hakim: Andris Treimanis (Latviya)

Baş hakimin köməkçiləri: Haralds Gudermanis, Aleksejs Spasjonnikovs (hər ikisi - Latviya)

Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)

Bakı. Olimpiya stadionu

***

Komandaların start heyətləri bəlli olub:
 
Azərbaycan: 1. Kamran Ağayev (K), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 9. Namiq Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 20. Riçard Almeyda, 22. Şəhriyar Rəhimov, 25. Cavid İmamverdiyev
 
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 6. Rahil Məmmədov, 13. Dmitri Nazarov, 16. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 21. Tural Axundov, 24. Ürfan Abbasov, 26. Asif Məmmədov, 28. Emin Mahmudov
 
Belarus: 1. Aleksandr Qutor, 2. Stanislav Draqun, 3. Aleksandr Martınoviç (K), 4. İqor Şitov, 6. Sergey Politeviç, 8. Pavel Savitski, 15. Sergey Kislyak, 18. İvan Maevski, 19. Maksim Volodko, 20. Denis Laptev, 22. İqor Staseviç
 
Ehtiyat oyunçular: 12. Pavel Pavlyuçenko, 16. Andrey Qorbunov, 5. Aleksey Qavriloviç, 7. Yuri Kendış, 9. Yuri Kovalyov, 10. Anton Saroka, 11. Renan Bressan, 13. Maksim Skavış, 14. Pavel Nexayçik, 17. Mixail Sivakov, 21. Oleq Veretilo, 23. Sergey Matveyçik

***

Oyun başladı.

***

İqor Staseviç hesabı 42-ci dəqiqədə açdı.

***

İlk hissə bitdi.

***

Oyun bitdi. Azərbaycan Belarusa 0:1 hesabı ilə uduzdu.

Qeyd edək ki, bu, Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk məğlubiyyətidir.