“Azərbaycan – ikinci vətənim”

azerbaycan-ikinci-vetenim-
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində nəzərdə tutulan tədbir mayın 25-də, Xəzər Universitetinin Bəşir Səfəroğlu 122 ünvanında yerləşən korpusunda keçililəcək. Tədbir saat 15:00-da başlayacaq. Festivalda Azərbaycanda təhsil alan xarici tələbələr müxtəlif istiqamətlərdə çıxış edəcəklər.

İctimai Birliyin sədri Rəşad Cəfərovun verdiyi məlumata görə, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin onlara verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir.
Tədbirdə Universitet rektorları, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edəcək.