Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 nəfər əcnəbi saxlanılıb.
"Qafqazinfo"ya DMXa-dan verilən məlumata görə, saxlanılmış əcnəbilərdən 11 nəfərinin qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları, 5-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 52 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Onlardan 48 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər