Azərbaycanda maliyyə naziri baş nazirin müavini oldu - Fərman

azerbaycanda-maliyye-naziri-bas-nazirin-muavini-oldu
Oxunma sayı: 12192

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan baş nazirinin müavini- maliyyə naziri təyin edilib. 

“Qafqazinfo” “Naxçıvan TV”yə istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvanın maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra isə o, həm də baş nazirin müavini vəzifəsini icra edəcək.