Azərbaycanda Məhərrəmlik ayı başladı

azerbaycanda-meherremlik-ayi-basladi
Oxunma sayı: 5224

Bu gündən Azərbaycanda Məhərrəmlik ayı başlayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür.
 
Qeyd olunur ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.