Ukraynada ölənlərin sayı artdı

ukraynada-olenlerin-sayi-artdi
Oxunma sayı: 684

Rusiyanın iyunun 2-nə keçən gecə Ukraynaya endirdiyi genişmiqyaslı hava hücumları nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha 100-dən çox şəxs isə yaralanıb.

Məlumata görə, Dnepr şəhərinə edilən hücumlar nəticəsində 12 nəfər ölüb, 37 nəfər yaralanıb. Kiyevdə isə 6 nəfər həlak olub, 64 nəfər yaralanıb. Daha 3 nəfərin Sumı şəhərində yaralandığı bildirilir. 

Ümumilikdə gecə ərzində Rusiya Ukrayna şəhərlərinə 656 pilotsuz uçuş aparatı və 73 raketlə hücum edib. Kiyevdə enerji infrastrukturu obyektləri zədələnib. 

Rusiyanın Müdafiə Nazirliyi müdafiə sənayesi müəssisələri, yanacaq və nəqliyyat infrastrukturunu hədəf aldıqlarını açıqlayıb.

Hadisə danışan Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər ölkənin raketlərdən qorunma qabiliyyəti olmasa, belə hücumlar davam edəcək. Ukrayna lideri “Patriot” sistemləri üçün raketlərin tədarükündə ABŞ-nin köməyinə ehtiyac olduğunu söyləyib. O, həmçinin Avropanın öz raket hücumundan müdafiə sisteminə ehtiyac duyduğunu qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Kiyevdə hücumlar nəticəsində 4 nəfərin həlak olduğu bildirilirdi.