Tramp onu Qabbardın yerinə təyin etdi

tramp-onu-qabbardin-yerine-teyin-etdi
Oxunma sayı: 434

ABŞ Prezidenti Donald Tramp Federal Mənzil Maliyyələşdirilməsi İdarəsinin rəhbəri Uilyam Pulteni Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən şəxs olaraq təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” hesabında məlumat verib:

“Mən Federal Mənzil Maliyyələşdirilməsi İdarəsinin rəhbəri və “Fannie Mae/Freddie Mac” ipoteka agentliyinin sədri Uilyam Pulteni Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən təyin edirəm”.

Xatırladaq ki, mayın 22-də ABŞ-nin “Fox News” telekanalı Milli Kəşfiyyatın hazırkı rəhbəri Tulsi Qabbardın istefaya getdiyini xəbər vermişdi. Qabbardın bu addımı həyat yoldaşının sümük xərçənginin nadir formasına yoluxması və onun müalicəsi ilə məşğul olmaq istəməsi ilə izah edilirdi.

Vəzifədə olduğu il yarım ərzində Tulsi Qabbard rəhbərlik etdiyi qurumda köklü və irimiqyaslı transformasiya həyata keçirib. O, kəşfiyyatın ştatını ixtisar edərək vergiödəyicilərinin hər il 700 milyon dollardan çox vəsaitinə qənaət edib, idarədəki populyar DEI (Müxtəliflik, Bərabərlik və İnklüzivlik) proqramlarını tamamilə ləğv edib. Qabbard həmçinin yarım milyondan çox hökumət sənədinin üzərindəki məxfiliyi götürüb və Co Bayden administrasiyası dövründə “hökumətin hərbiləşdirilməsi” faktlarını araşdıran ilk xüsusi işçi qrupunu yaradıb.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl Türkiyə səfiri Tom Barrakı da ABŞ-nin Suriya və İraq üzrə yeni xüsusi elçisi təyin etmişdi.