Hörmüz boğazını milliləşdirmək istəyirlər

hormuz-bogazini-millilesdirmek-isteyirler
Oxunma sayı: 460

İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın İSNA xəbər agentliyi məlumat yayıb.

“Neftin milliləşdirilməsi o dönəmdə tarix tərəfindən bu qərarın əhəmiyyəti baxımından dəyərləndirilib. Bu gün biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, - Qudarzi deyib.

Nəşr bildirir ki, onun bu açıqlaması 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesini milliləşdirdiyi hadisələrə işarə edir. O zaman ölkə hakimiyyəti neft-qaz sektoruna dövlət nəzarəti qurmuşdu.