Azərbaycanda www.istoriya.az saytı fəaliyyətə başlayıb

azerbaycanda-wwwistoriyaaz-sayti-fealiyyete-baslayib
Oxunma sayı: 865

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun rəsmi portalı (www.istoriya.az) fəaliyyətə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən portalda Azərbaycanın qədim dövlətçiliyi, tarixi, Xocalı soyqırımı və s. barədə məlumatlar yerləşdirilib. İnstitutun direktoru Yaqub Mahmudovun sözlərinə görə, portal ermənilərlə informasiya müharibəsində çox mühüm əhəmiyyət daşıyacaq. O bildirib ki, portal vasitəsilə ermənilərin Cənubi Qafqazda guya, ən qədim xalq olması barədə söylədikləri iddialar ifşa olunacaq.

Nigar Məmmədli