“Azərbaycanlı” futbolçular Afrika Millətlər Kubokunda

azerbaycanli-futbolcular-afrika-milletler-kubokunda
Oxunma sayı: 642

Azerisport.az xəbər verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tunis yığması ilə qarşılaşmış Sierra Leone rəqibi ilə heç-heçə edib – 2:2.

Premyer Liqamızda çıxış edən adları çəkilmiş bütün futbolçular bu matçda start heyətində meydana çıxıb və əvəzlənmədən oynayıblar. Hesabı isə məhz "Rəvan"ın oyunçusu Suma matçın 3-cü dəqiqəsində açıb. Lakin 65-ci dəqiqədə Tunis hesaba tarazlıq gətirib. 83-cü dəqiqədə Sierra Leone yenidən önə keçsə də, 3 dəqiqə sonra daha bir qol buraxıb və qələbədən olub.