Azərbaycanlı oliqarx oğlunun kinoda debütü- - "Sonuncu"

azerbaycanli-oliqarx-oglunun-kinoda-debutu-
Oxunma sayı: 9445


Mayın 20-də Fransada 67-ci Kann kinofestivalı çərçivəsində festivalın əsas proqramına düşən Azərbaycan rejissorlarının lentə aldığı "Sonuncu" filminin yaradıcı heyəti yerli və xarici mətbuat nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” buro247.az-a istinadən xəbər verir ki, filmin gənc prodüsserləri Nəsib Piriyev və Mariya İvanova jurnalistlərin suallarını cavablandırıblar. "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilmiş 9 filmdən biridir. Ümumiyyətlə, bu il müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm təqdim olunub.

“AzMeCo” şirkətinin prezidenti Nəsib Piriyev Azərbaycan dövlətinin kino sənayesinə mühüm dəstək verdiyini vurğulayıb, filmin yaradılmasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və "Azərbaycanfilm" kinostudiyasına minnətdarlığını bildirib. 

"Sonuncu" (The Last One) qısametrajlı bədii filmi "Buta Films" şirkətinin və "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalıdır. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb. "Sonuncu" filmi quruluşçu rejissoru Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.

Filmin quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb. Film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür.

Qeyd edək ki, Nəsib Piriyev azərbaycanlı iş adamı, neft oliqarxı Nizami Priyevin oğludur.