Fransız aktrisa ilə evlənmək istəyən azərbaycanlı

-fransiz-aktrisa-ile-evlenmek-isteyen-azerbaycanli
Oxunma sayı: 1193

Ətraf mühüt ilə meşğul olan Blacksmith İnstitutu 2007-ci il üçün hazırladığı hesabatında Sumqayıt şəhərini dünyanın 10 ən çox kimyəvi maddələr ilə zəhərlənmiş şəhərlərindən biri olaraq qeydə aldı. Ədalətli olmaq naminə BMT-nin və digər beynəlxalq qurumların hesabatlarını bir kənara qoyub Azərbaycanda korrupsiyanın olub olmadığını çox sadə üsulla sizlərin qarşısında təhlil etmək istərdim.
Vətənim olan Azərbaycanda tibb bacısı orta hesabla aylıq 100 AZN, orta məktəb müellimi isə 200 AZN manatı nəvacib alır. Azərbaycan ile müqayisədə isə İngiltərədə tibb bacısı və müəllim çalışanların aylıq gəliri fərqlidir. Belə ki, bu Qərbi Avropa ölkəsində tibb bacıları orta hesabla 1200 pound (təxminən 1500 AZN manatı), orta məktəb müellimləri isə aylıq 2500 pound (təxminən 3000 AZN manatı) alırlar. Lakin Azərbaycan və İngiltərədə sadəcə tibb bacılarının və orta məktəb müellimlerinin maaşları fərqlənmir. Həmçinin, bu iki ölkədə ərzaq məhsullarının, ev əşyalarının, geyim və digər avadanlıqların qiymətləri də kəskin şəkildə bir-birindən fərqlənirlər. Məsələ, əgər Azərbaycanda qoyun ətinin bir kilosu 10 AZN manatdırsa, İngiltərədə qoyun ətinin bir kilosu 5 pounddur (təxminən 6 AZN manatı). Bu qiymətlər şəkər tozu, yumurta, toyuq əti, banan və digər gündəlik tələbat məhsullarında da bir-birindən fərqlidirlər. Azərbaycanda əgər şəkər tozunun bir kilosu 1manat 10 qəpik, bananın kilosu 2 manatdırsa, İngiltərədə şəkər tozu 70 pensə (təxminən 80 qəpik), bananın kilosu isə 1 pounddur (təxminən 1 manat 20 qəpik). Qısacası, Azərbaycanda ayda 100 AZN manatı nəvacib alan tibb bacısı qoyun ətini 10 manata, İngiltərədə 1200 pound (təxminən 1500 AZN manatı) alan tibb işçisi isə qoyun etini 5 pound yəni, 6 manata alırsa, deməli ölkədə BMT-nin bir sıra təşkilatlarının iddia etdiyi korrupsiya vardır.

Yazını bu yerinə qədər oxuyan oxucuda tebii olaraq sual əmələ gələr ki, meqalənin adi ilə Azerbaycandakı “analoqu olmayan inkişaf” arasından nə kimi əlaqə vardır? Əlaqə isə bir başadır. Belə ki, Amerikanın Boston Universitetindən maqistr məzunu olan, indi isə London birjalarının birində əmtəə müvəkkili vəzifəsində çalişan semimi bir dostum 4 ildən çoxdur fransiz aktrisasının eşqi ilə yaşayır.

Onların tanışlığı bir neçə il bundan əvvəl Boston Universitetində təşkil olunan kofransda iştirak etmək üçün fransız aktrisasının həmin təhsil ocağına etdiyi səfərə təsadüf edir. Dostum konfransın təşkilat komitsinin üzvü olduğundan aktrisa ilə yaxından taniş olmaq imkanı qazanır və fransız qızında xoş təssürrat buraxdığı üçün hətta tədbirdən sonra o, hər kəsi gözlədərək dostum ilə yarım saatdan artıq söhbet edir və onu Parisə dəvət edir.Və həmin gündən onlar arasinda münasibət başlayır.

Bu hadisə bəlkə də ilk baxışda zamanəmizdə hər addım başı rast gəldiyimiz adı bir “show business” hadisəsi kimi görünə bilər. Lakin həmin aktrisa siravi bir aktrisa, dostum da, ən azı mənim üçün, adi bir insan olmadığı üçün bu məsələni ictimaiyyət ilə bölüşmək istədim. Dostumu Parisə dəvət edən o fransız xanım Hollivvud tarixində Sofi Lorendən sonra Oskar mükafatı qazanan ikinci qeyri-ingilis dilli aktrisadır. Dostum isə Boston Universitetini fərqlənmə diplomu ilə bitirib və çox qısa müddətdə London birjalarından birində əmtəə müvəkkili vəzifəsinə qədər yüksəlib.

Dostum həmçinin qismətinə yazılan bu firavan günləri tək yaşamır. 2009- cu ildə işleəiyi paytaxt şəhərinin Pekham adlı bölgəsində fəaliyyət göstərən “Türk kültür mərkəzində” 600 nəfərə iftar süfrəsi açdı. 2011–ci ildən bəri Türkiyədə universtetlərin birində yoxsul ailədən olan 2 azərbaycanlı tələbənin ödeniş haqqları da daxil olmaqla bütün xərclərini ödəməkdədir. Hər dəfə Azərbaycana getdikdə körpələr evinə etdiyi yardımın həcmi o qədər geniş olur ki, şahidlərin dediyinə göre bir dəfəsində körpələr evinin mudiri bu yardımın dövlət səviyyəsində olduğunu zənn etmişdir.
Dostumun fəaliyyəti bunlarla da yekunlaşmır. Namaz vaxtı birjanın səsli-küylü binasının sakit bir küncünə çəkilərək Allahu-Tealaya olan qul borcunu ödəyir. Bəzən isə həm Amerikada, həm də İngiltərədə fəaliyyət göstərən “Demokratik İran” dərnəklərinin tədbirlərində iştirak edir. Bir dəfə hələ Amerikda ikən həmin tədbirlərdən birində etdiyi çıxışını mənə göstərdi. Düzdür, dostumun sözünü kəsdilər. Lakin 3 dəqiqə 18 saniyəyə dostum illərin həqiqətlərini söylədi: “Sizlərin indi İranin demokratik ölkə olmasını istədiyinizi görürəm.. Sizlər vaxtı ilə şah sarayının əyyanı idiniz. Onda heç demokratiya yadınıza düşmürdü. Şah ölkədən qaçanda artıq Qərb banklarında 80 milyrad dollar pulu var idi. Sanki şah həmin pulları demokratik yollarla toplmışdı.Sizlərin çoxu indi İranda azəri türklərinin haqqlarının olmamasından danışırsınız. Sanki şah dövründə azəri türklərinin haqqları var idi. Sizlər İranda qadınların hicab geyinməyə məcbur edilərək məhrumiyyətlərə düçar olduğunu söyləyirsiniz. Sanki şahın dövründə hicab geyinən qadınların hicabını polis küçədəcə açıb onları məhrumiyyətlərə düçar etmirdi. Sizlərin mübarizəsi demokratiya deyil, sizlər əyyanlıq mübarizəsi, var-dövlət...”

Bu cür xassələrə sahib olan bir həmvətənlimin fransız qadınla evlənmək istədiyini eşitdikdə haqlı olaraq etiraz etdim. Haqli olmağımın səbəbi isə heç də millətçilik edərək azərbaycanıları başqa millətlərdən üstün hesab etdiyim üçün deyil. Mən millətçi deyiləm və millətçiliyə də nifrət edirəm. Mənim üçün imansız bir azərbaycanlıdan (azəri türkü, ləzgi, talış, kürd, avar və s. Azərbaycan vətəndaşlarını nəzərdə tuturam-Müəllif), iman etmiş bir rus üstündür. Heç şübhə etmiremə ki, dostumun fransiz bir Hollivud aktrisası ilə evlənməsi, onun özü də olmasa, bu nigahdan doğulan uşaqların assimilyasiya olmasına səbəb olacaqdır.Bütün bunların dostumun nəzərinə çatdıraraq ona vətənimiz Azərbaycandan evlənməsini təklif etdim. Dostum isə Azərbycandakı insanların 99% -nin rüşvət ilə dolandıqlarını əsas gətirərək “Rüşvət haramdır, bu baxımdan damarlarında haram qan axan birisi ilə evlənmək istəmirəm”-deyərək təklifimi rədd etdi. Hətta bu yaxınlarda “Qafqazinfo” –da Axundovu tbliğ edən bir xanımı nəzərdə tuturaq: “Ölümün nə vaxt geldiyi bilinməz. Azərbaycandan bu cür xanımlarla evlənib, mən öldükdən sonra isə həyat yoldaşımın uşaqlarımı Axundov kimi yetişdirilməsini istəmirəm. Mən uşaqlarımın Cavad xan, Şeyx Şamil, Hacı Murad olmasını istəyirəm, Axundov yox!”-söyləyib qəti etirazını bildirdi.
Onun dedikləri ilə razılaşmamaq mümkün deyildir. Lakin bütün bunlar onun fransız akrisa ilə evlənməsinə səbəb ola da bilməz. Bir müsəlman kişinin həyat yoldaşının, filmdə olsa belə, başqası ilə öpüşməsi məntiqimə heç cür sığmır. İnsan nə qədər tolerant olmalıdır ki, həyat yoldaşının milyonların qarşısında öpüşməsini qəbul etsin? Hərgah dostum aktrisanın öpüşmə səhnələrindən imtina edəcəyini deyir, lakin bu işi heç bir şəkildə təsəəvvür edə bilmirəm. Dostumun əsas ümid etdiyi odur ki, fransız qız İslam dinini qəbul edəcək və onlar ictimaiyyətə nümunə olacaq İslami bir həyat yaşayacaqlar. Amma o, nəzərdən qaçırır ki, həyatda hər şey insanın düşündükləri kimi baş vermir. Birdən fransız xanım İslamı qəbul etmədi?

Bu baımdan dostuma doğulacaq uşaqların da başqa tərbiyə alacağı təhlükəsini də israrla söylədim və söyləyirəm. O, isə mənə elmi esas gətirərək: “mütəxəsisslər sübut etmişdirlər ki, yüksəklikdə yaşayanlar assimilyasiya olmurlar”-dedi və mənim özümü nümunə göstərdi ki, neçə illər Avropada olmağıma rəğməm , məhz dağ insanı olduğum üçün “deformasiya”-ya uğramamısan”.
Açığı bu işin nə ilə nəticələnəcəyini təxmin edirəm. Hər kəsin xəyalında canlandırdığı birisi vardır. Bunu qəbul edirəm, lakin bu xəyalı insan həqiqi həyatımıza uyğun olmalıdır. İslam dini də bu məsələdə insanın başına gələcək cür bədbəxtliklərin qarşısını almaq üçün xəbərdarlıq edir. Aləmlərə rəhmt olaraq göndərilən Hz.Muhamməd (s.a.s.) də hər kəs öz tayı-bərabəri ilə evlənsin” deyə biz müsəlmanlara tövsiyə etmişdir. Başqa bir hədisdə isə O, (s.a.s.): “Bir kişi bir qadınla 4 səbəbə görə evlənər; imanı, gözəlliyi, var-dövləti və əsil-nəsli. Əgər kişi qadının imanına görə evlənərsə, Allah o qadına gözəl deyilsə, gözəllik; kasıbdırsa, var-dövlət; əsil-nəsilsizdirsə, şan-şərəf verər”-deyə buyurmuşdur.
Dostum bu hədisləri bilir. Amma yenə çox təhlükəli işə girir!
Bu baxımdan bir daha qardaşıma müraciət etmək istəyirəm. Azərbaycanda rüşvət olsa da hər kəs rüşvətə bulaşmayıb. Düzdür, tolerantlığa qarşı ictimai qınaq yoxdur, lakin hamı tolerant da deyildir. Hamı öz həyat yoldaşını yüzlərlə kişinin qarşısında bağrına alıb, “medlenni” də oynamır. Azərbaycan da həle də alın təri ilə gündəlik çörək pulunu qazanan və həmçinin “qızımın məşuqəsi olmasına sevinərəm” fikrinə tüpürən insanlar vardır!
Biz səninlə “Ruhani”-nin sədaları altında doğulmuşuq, “Ruhani”-nin sədaları altında da bu fani dünyadan köçəcəyik. Sənin sıxıntıya düşməyin, bizi səngərdə tək qoyaqcaq. Sənin uğursuzluğun tolerantları bizlərə güldürəcək!

Üç-beş şarlatanın yazdıqları, oxuduqları ilə xalqımızın mənəvi dəyəri də dəyişilməyəcək. Azərbaycanda əgər Axundov varsa, Füzili də vardır; Nərimanov varsa, Cavad xan da vardır; kəmiyyət varsa, keyfiyyət də vardır; əvvəl varsa, axır da vardır!