18 İl tamam oldu

18-il-tamam-oldu
Oxunma sayı: 750

Ümumi sahəsi 139.393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd) 125.368 hektar ərazisi 1993-cü il avqustun 23-ə ermənilər tərəfindən zəbt edilib. İlkin hesablamalara görə, Füzuli rayonunun işğalı ilə Azərbaycan iqtisadiyyatına 5,5 milyard manat ziyan vurulub.
İşğal zamanı Füzuli rayonunun 4 min sakini şəhid olub. Xeyli soydaşımız əsir düşüb. Əhalisinin sayı 108.500 nəfər olan Füzuli rayonunun sakinləri hazırda ölkənin 50 şəhər və 1250 kəndində məcburi köçkün kimi məskunlaşıb.

Ermənilər 1993-cü ilin avqustunda Füzuli və Cəbrayılı işğal etməklə qonşu rayonları - Zəngilan və Qubadlını mühasirə vəziyyətinə salmış oldu. Nəticədə bu rayonların sakinləri Araz çayından İrana keçməklə canlarını yağı düşməndən qurtara bildilər.

Qeyd edək ki, Füzuli və Cəbrayıl rayonlarının ictimaiyyəti, Qarabağ əlilləri, ziyalılar və ayrı-ayrı ictimai-siyasi təşkilatların nümayəndələri bu gün saat 11:00-da Şəhidlər Xiyabanını ziyarət edəcəklər.