ABŞ-dan Əhmədinejada yaşıl, nazirlərə isə qırmızı işıq

abs-dan-ehmedinejada-yasil-nazirlere-ise-qirmizi-isiq
Oxunma sayı: 651

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə,
Vaşinqton hökuməti BMT-nin Baş Asambleyası yığıncaqlarına qatılmaq üçün viza istəyən 160 İran vətəndaşından 20-nə viza verməyib.
ABŞ iranlı iki nazirdən əlavə Mahmud Əhmədinejadın baş müşaviri İsfəndiyar Rəhim Məşainin də iki köməkçisinə viza verməyib.
Həmin nazirlərin adı açıqlanmayıb.

M. Əhmədinejad bu gün Nyu-Yorka BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün gedib. İran prezidenti sessiyada çıxış da edəcək. M. Əhmədinejad bir həftəlik səfəri çərçivəsində BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, M. Əhmədinejad indiyədək 7 dəfə BMT BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəri olacaq.
Prezidenti Nyu-Yorkda 150 nəfərlik təhlükəsizlik qrupunun qoruyacağı bildirilir.