Aclıq aksiyası dayandı, piketlərə qərar verildi

acliq-aksiyasi-dayandi-piketlere-qerar-verildi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu gün Müsavatın qərargahında Məhbus Ailələri Komitəsinin mətbuat konfransı olacaq. Bu barədə jurnalistlərə komitənin sədri Arzuman Məcidli məlumat verib.

AXCP funksioneri Gözəl Bayramlı isə “Qafqazinfo”ya bildirib ki, gələn həftədən məhbusların azad olunması ilə bağlı Məhbus Ailələri Komitəsi dövlət qurumlarının binaları qarşısında etiraz aksiyaları keçirəcəklər. Aksiyalarda məhbusların valideynləri və yaxınları iştirak edəcək: “Bu aksiyalarla bağlı müvafiq icra qurumlarına əvvəlcədən müraciət olunmayacaq”.

Fatimə Kərimli