Bakcell ikiqat bonus kampaniyasına start verir

bakcell-ikiqat-bonus-kampaniyasina-start-verir
Oxunma sayı: 2251


2014-cü il 1 noyabr tarixindən 31 yanvar 2015-ci il tarixinə kimi keçiriləcək kampaniya CIN abunəçilərinə ikiqat bonuslar qazandıracaq.

Kampaniyaya qoşulmaq üçün CIN abunəçiləri “*” yazıb 5522 qısa nömrəsinə pulsuz SMS yollayır. Bundan sonra abunəçiyə bir ay ərzinədə istifadə etdiyi balansa uyğun olaraq bonus təklif olunur. İkiqat bonus əldə etmək üçün abunəçi 1 yazıb 5522 qısa nömrəsinə göndərməlidir.

Abunəçilər əldə etdikləri bonusları 7 gün ərzində ölkədaxili zənglər və SMS və MMS-lərə sərf edə bilərlər.

Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud bu linkdən istifadə edin: http://www.bakcell.com/az/get-doubled-balance