“Bakı” Gəncəyə qisas dalınca gedir

baki-genceye-qisas-dalinca-gedir
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün 12-ci turun 2 oyunu baş tutacaq. Açılış matçı Gəncədə “Kəpəz”lə “Bakı” arasında baş tutacaq. Son turda “Qarabağ”a məğlub olan paytaxt klubu bu oyunda 3 xal qazanmasa liderlər qrupundan bir qədər də uzaqlaşacaq. Bu komandalar arasında keçirilən ilk görüş “Kəpəz”in böyükhesablı qələbəsi ilə nəticələnmişdi.

Günün ikinci oyununda “Rəvan” “Simurq”la qarşılaşacaq. Vladislav Qədirovun yetirmələri ilk altılığa düşmək iddiasını qorumaq üçün bu görüşdə 3 xal qazanmaq niyyətindədir.
Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

14:00. "Kəpəz" – "Bakı"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.

16:00. "Rəvan" - "Simurq"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Dalğa Arena.

Ceyhun Əhmədov