Bakı kriminalı - Xəbərlər

baki-kriminali-xeberler
Oxunma sayı: 656

Yanvarın 23-də Binəqədi qəsəbəsi 2-ci mədəndə yaşayan Qəhrəman Həsənov ailə münaqişəsi zəminində həyat yoldaşı Zabitə Həsənovaya bıçaqla xəsarət yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Yanvarın 23-ü saat 07:25 radələrində Zığ Yolu küçəsində Ucar rayon sakini Elşən Rüstəmov idarə etdiyi «Toyota-Prado» markalı avtomobillə Bakı şəhər sakini Xanımgül Novruzovanı vurmuş, sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölmüşdür.

Yanvarın 22-də Hövsan südçülük sovxozu yeni tikilidə yaşayan Tofiq Şahbazovun evindən qızıl-zinət əşyaları oğurlanmışdır. Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilənlər, 2011-ci ilin noyabr ayında həmin evdə kirayədə yaşayanlar Cavid Əliyev və Samirə Əzizova yanvarın 23-də yaxalanmışlar.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balaxanı qəsəbə sakini Güloğlan Mustafayevdən lüləsi və qundağı kəsilmiş «Toz» markalı ov tüfəngi götürülmüşdür.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakini Nəriman Dadaşov yanvarın 23-də yaxalanmış və ondan 1 qramdan artıq narkotik vasitə olan heroin, 12 ədəd pul kisəsi və mobil telefon götürülmüşdür.