Bakı-Qazax yolunda qəza, ölən var - Yenilənib + Video

baki-qazax-yolunda-qeza-olen-var
Oxunma sayı: 3888

Ucarda yol qəzasında bir nəfər ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Qazax yolunda, Ucarın Qazqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik kimliyi bəlli olmayan şəxs dünyasını dəyişib.

Hazırda təcili yardım və YPX əməkdaşları hadisə yerindədir.

***

Ucarda iki avtomobilin toqquşduğu qəzada sürücülərin və ölən sərnişinin kimliyi bəlli olub. İlkin məlumatlara görə, Bakı şəhər Maştağa qəsəbə sakini 1972-ci il təvəllüdlü Fərhad Fəxrəddin oğlu Cahangirov sükanı arxasında olduğu "Ford" markalı avtomobillə Bakı şəhər Yeni Suraxanı qəsəbə sakini 1978-ci il təvəllüdlü Talıbov Eldəniz Ağalar oğlunun idarə etdiyi "QAZ 66" markalı avtomobil toqquşub. Qəza zamanı "Ford"un sərnişini, Maştağa qəsəbə sakini 1989-cu il təvəllüdlü Haşımov Ceyhun Mikayıl oğlu hadisə yerində ölüb

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu