Bakı sakinləri Ucarda qəzaya düşdülər, yaralılar var

baki-sakinleri-ucarda-qezaya-dusduler-yaralilar-var
Oxunma sayı: 1283

Bakı-Qazax avtomobil yolunun Ucar rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirməsi səbəbindən avtomobili aşırdıb. Nəticədə, Lökbatan qəsəbə sakinləri 1981-ci il təvəllüdlü İbrahimov Anar Firudin oğlu və Məsməliyeva Bəsti  Qəmbər qızı, Masazır qəsəbə sakini, 1960-cı il təvəllüdlü Verdiyeva Sadəqət Qəmbər qızı  və 1948-ci il təvəllüdlü Gədəbəy rayon sakini İbrahimova Həqiqət Qəmbər qızı yaralanıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.  

Rəşad Türkoğlu