Bakıda dəhşətli qəza - Video

bakida-dehsetli-qeza-video
Oxunma sayı: 647

İki piyada yolu keçərkən sürətlə hərəkət edən minik avtomobilinin qarşısına çıxıb. Nəticədə sürətini nizamlaya bilməyən avtomobil onlardan birini vurub. Bu zaman piyada bir neçə metr havaya qalxaraq irəlidə, yolun kənarında dayanmış digər avtomaşınına çırpılıb və yerə düşüb.

Qeyd edək ki, həmin ərazidə piyada keçidi də mövcuddur. “Qafqazinfo” Trendə istinadən həmin yol qəzasının video görüntüsünü oxuculara təqdim edir.