Bakıda dindarlar Yeni illə bağlı bukletlər paylayır- - Foto

bakida-dindarlar-yeni-ille-bagli-bukletler-paylayir-
Oxunma sayı: 4525


“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə də bir müddətdir ki, davam edən çağırışların ardından artıq paytaxtın müxtəlif yerlərində, xüsusilə də metro çıxışlarında bununla bağlı bukletlər paylanılır. 

Bukletlərdə 31 dekabrın hicri təqvimlə Məhəmməd peyğəmbərin vəfatı və İmam Həsənin şəhadət gününə təsadüf etdiyi qeyd olunub: “Belə bir gündə əylənmək müsəlmanlara heç yaraşmaz! Peyğəmbər hörmətini saxlamaqla müsəlmançılığı qorumuş oluruq. Mənim Peyğəmbərim mənim üçün bayram qeyd etməkdən daha əzizdir”. 

Qeyd edək ki,bu həftə Kurtlar Vadisi Pusuda da sözügedən hadisəyə toxunulub. Belə ki, serialın son bölümündə Peyğəmbərin və İmam Həsənin vəfatı günü xatırlanaraq islam dünyasına yeni il bayramının keçirilməməsi ilə bağlı mesaj verilib.

Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycanda dindarların bir qrupu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət etmişdi. Onlar müraciətlərində həmin günün “ümumxalq anım günü” kimi qeyd edilməsini irəli sürmüşdülər.